...

TÜRKPA-nın nümayəndə heyəti Qazaxıstana səfər edəcək

Siyasət Materials 19 Mart 2012 13:45 (UTC +04:00)
TÜRKPA-nın nümayəndə heyəti Qazaxıstana səfər edəcək.
TÜRKPA-nın nümayəndə heyəti Qazaxıstana səfər edəcək

Azərbaycan, Bakı, 19 mart / Trend müxbir K.Zərbalıyeva/

TÜRKPA-nın nümayəndə heyəti Qazaxıstana səfər edəcək.

TÜRKPA-dan Trend-ə verilən məlumata görə, martın 26-28-də qurumun baş katibi Ramil Həsənovun başçılığı altında nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının 20 illiyinə həsr olunmuş Xüsusi Sessiyada iştirak etmək məqsədilə Qazaxıstanın Almatı şəhərinə səfər edəcək.

Sessiyada MDB üzvü olan və digər ölkələrin parlament sədrlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Sessiya çərçivəsində TÜRKPA baş katibinin təşkilatın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin, Qazaxıstan Parlamenti Senatının sədri Kayrat Mami və bir çox beynəlxalq təşkilatların nümayəndələri ilə görüşləri nəzərdə tutulur.

Səfərdə TÜRKPA baş katibini müavinləri Mels Semgaliyev və Bektemir Ziyadinov müşayiət edəcək.

Xəbər lenti

Xəbər lenti