...

Makedoniya Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etdi

Siyasət Materials 22 Mart 2012 01:16 (UTC +04:00)
Makedoniya Azərbaycan vətəndaşları üçün 1 il müddətinə viza rejimini ləğv edib.
Makedoniya Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etdi

Azərbaycan, Bakı, 22 mart /Trend, müxbir E.Əliyev/

Makedoniya Azərbaycan vətəndaşları üçün 1 il müddətinə viza rejimini ləğv edib. Trend-in məlumatına görə, bu barədə Makedoniya XİN məlumat yayıb.

Bundan əlavə, viza rejimi Rusiya, Ukrayna və Qazaxıstan vətəndaşları üçün ləğv edilib. Dəyişikliklər 15 mart 2013-cü il tarixinədək qüvvədə olacaq.

Makedoniyaya səfər edənlər 6 ay müddətində 90 gündən çox olmamaq şərti ilə ölkədə qala biləcəklər.

Xəbər lenti

Xəbər lenti