Azərbaycan, Bakı, 25 mart / Trend /
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Seul şəhərində keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün martın 25-də Koreya Respublikasına işgüzar səfərə yola düşüb.
Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.