...

Əfqanıstana dair V Regional İqtisadi Əməkdaşlıq Konfransı öz işinə başlayıb

Siyasət Materials 26 Mart 2012 10:37 (UTC +04:00)
Düşənbədə bu gün Əfqanıstana dair V Regional İqtisadi Əməkdaşlıq Konfransı (RECCA V) öz işinə başlayıb.
Əfqanıstana dair V Regional İqtisadi Əməkdaşlıq Konfransı öz işinə başlayıb

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir T.Cəfərov/

Tacikistanın paytaxtı Düşənbədə bu gün Əfqanıstana dair V Regional İqtisadi Əməkdaşlıq Konfransı (RECCA V) öz işinə başlayıb. Bu barədə Trend IRNA xəbər agentliyinə istinadən məlumat verir.

Konfransda İran, Əfqanıstan, Pakistan və Tacikistan prezidentləri ilə yanaşı, 40 ölkənin xarici işlər naziri və 33 beynəlxalq təşkilatın nümayəndələri iştirak edirlər. İclasda İran Prezidenti Mahmud Əhmədinejad, Əfqanıstan Prezidenti Həmid Kərzai, Pakistan Prezidenti Asif Əli Zərdari və Tacikistan Prezidenti İmaməli Rəhman çıxış edəcəklər.

Konfransda Əfqanıstanda NATO qüvvələrinin çıxmasından sonra iqtisadi vəziyyət mövzusunda məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti