...

Siyavuş Novruzov: Azərbaycan müxalifəti fəaliyyətini hava ilə əlaqədar qurur

Siyasət Materials 27 Mart 2012 15:13 (UTC +04:00)
İctimai Palata, müxalifət və digər bu tipli qurumlar öz fəaliyyətlərini hava ilə əlaqədar qururlar.
Siyavuş Novruzov: Azərbaycan müxalifəti fəaliyyətini hava ilə əlaqədar qurur

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir E.Mehdiyev/

İctimai Palata, müxalifət və digər bu tipli qurumlar öz fəaliyyətlərini hava ilə əlaqədar qururlar. Bunu çərşənbə axşamı Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov İctimai Palatanın planlaşdırdığı mitinqə münasibət bildirərkən deyib.

"Yəni hava sərin olanda öz qərargahlarına yığışırlar, hava istiləşəndə isə mitinq haqqında düşünürlər. Yəqin ki, yenə yay istirahətlərini xaricdən aldıqları maliyyə ilə təmin etmək üçün bir-iki mitinq keçirtmək fikrindədirlər", - Novruzov bildirib.

Onun sözlərinə görə, İctimai Palatanın sosial bazası, elektoratı yoxdur. Bu olmayan yerdə isə hər hansı bir mitinqdən söz gedə bilməz.

Qeyd edək ki, İctimai Palataya daxil olan partiyalar aprelin 8-də mitinq keçirtmək məsələsini müzakirə edirlər.

Xəbər lenti

Xəbər lenti