...

Azərbaycan Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinə tam təminat verib

Siyasət Materials 28 Mart 2012 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 mart / Trend müxbir M.Əliyev/

Bakıda aprelin 2-4 tarixlərində keçiriləcək Avronest Parlament Assambleyasının sessiyasında 13 nəfərdən ibarət Ermənistan nümayəndə heyəti iştirak edəcək. Bunu Trend-ə Azərbaycanın Avronest Parlament Assambleyasdakı (PA) nümayəndə heyətinin üzvü, deputat Fuad Muradov bildirib.

Onun sözlərinə görə, Ermənistan nümayəndə heyətinə 10 deputat və 3 nəfər deputat köməkçisi daxildir.

Muradov qeyd edib ki, Azərbaycan tərəfindən Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinə tam təminat verilib.

Avronest PA sessiyası çərçivəsində büro və komitələrin iclasları, daha sonra PA-nın plenar iclası keçiriləcək.

Sessiyada müzakirə ediləcək məsələlərə gəldikdə, 4 komitə üzrə hazırlanacaq məruzələrin mövzuları müəyyənləşib.

Avronest PA-nın Bakı sessiyası qurumun Avropa İttifaqından kənarda keçirəcəyi ilk sessiya olacaq.

Xəbər lenti

Xəbər lenti