...

Ermənistan müxalifətinin mübarizəsi prezident seçkilərinədək davam edəcək

Siyasət Materials 2 Aprel 2012 18:13 (UTC +04:00)
Parlament seçkilərindən sonra müxalifətin Ermənistan hakimiyyətinə qarşı mübarizəsi dayanmayacaq və 2013-cü il prezident seçkilərinədək davam edəcək.
Ermənistan müxalifətinin mübarizəsi prezident seçkilərinədək davam edəcək

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Parlament seçkilərindən sonra müxalifətin Ermənistan hakimiyyətinə qarşı mübarizəsi dayanmayacaq və 2013-cü il prezident seçkilərinədək davam edəcək. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə müxalif Ermənistan Milli Konqresinin (EMK) mitinqində konqresin koordinatoru Levon Zurabyan bildirib.

Zurabyan qeyd edib ki, konqres artıq mübarizə üçün hazırdır və seçkilərdən sonra onlara yeni demokratik hərəkat yaradacaq bir neçə siyasi güc qoşulacaq.

Onun sözlərinə görə, qarşıdakı seçkilərdə hakimiyyət saxtalaşdırma həyata keçirə bilməyəcək və kriminal seçkiqabağı siyahı ədalətli güc yolunda maneə deyil.

"Hakimiyyət Ermənistanın yeni cəmiyyətinin ağzını yuma bilməyəcək, xalq və beynəlxalq ictimaiyyəti aldada bilməyəcək. Yeni nəsil öz hüquqlarını bilir, qanunsuzluğun və ədalətsizliyin əleyhinə olacaq. Biz bu rejimi məhv edəcəyik və yeni demokratik dövlət quracağıq", - Zurabyan deyib.

Xəbər lenti

Xəbər lenti