...

Bu ilin sonunda Avronest və AŞ-nin Yerli və Regional Hakimiyyətlər Konqresinin birgə iclası keçiriləcək

Siyasət Materials 3 Aprel 2012 16:02 (UTC +04:00)
2012-ci ilin oktyabr ayında Avronest və Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin birgə iclası keçiriləcək.
Bu ilin sonunda Avronest və AŞ-nin Yerli və Regional Hakimiyyətlər Konqresinin birgə iclası keçiriləcək

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir M.Əliyev/

2012-ci ilin oktyabr ayında Avronest və Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin birgə iclası keçiriləcək. Trend-in məlumatına görə, bunu Avronest Parlament Assambleyasının Bakıda keçirilən ikinci sessiyasının günün ikinci yarısında davam edən plenar iclasında Niderland deputatı Luk Van den Brand bildirib.

Onun sözlərinə görə, bu barədə razılıq Bakıda keçirilən iclas zamanı qəbul olunub.

O qeyd edib ki, 2012-ci ildə Avropa İttifaqı ilə "Şərq Tərəfdaşlığı" proqramına daxil olan ölkələrin bundan başqa bir sıra birgə tədbirləri keçiriləcək ki, bu da əlaqələrin inkişafına təkan verəcək.

Xəbər lenti

Xəbər lenti