...

Rusiya Qəbələ RLS-dən alınan məlumatların ABŞ ilə birgə istifadəsinə qarşı deyil - XİN rəhbəri

Siyasət Materials 3 Aprel 2012 18:27 (UTC +04:00)
Rusiya Qəbələ RLS-dən alınan məlumatların ABŞ ilə birgə istifadəsinə qarşı deyil.
Rusiya Qəbələ RLS-dən alınan məlumatların ABŞ ilə birgə istifadəsinə qarşı deyil - XİN rəhbəri

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir E.Tariverdiyeva/

Rusiya Qəbələ RLS-dən alınan məlumatların ABŞ ilə birgə istifadəsinə qarşı deyil.

Birləşmiş Ştatlardan olan həmkarlar ilə Qəbələ RLS-dən birgə istifadə məsələsi üzrə müzakirə hələ baş tutmayıb, lakin Vaşinqton bununla maraqlanarsa, o zaman bu mümkündür. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Ən əsası təhlükəsizlik problemi üzərində birgə işləməkdir", - o qeyd edib.

Rusiya XİN rəhbərinin sözlərinə görə, Moskvanın Qərbə təklif etdiyi təhlükəsizlik üzrə dialoq çərçivəsində bu və ya digər ölkə tərəfindən əldə edilən informasiyanın birgə istifadə edilməsinin istənilən variantları mümkündür.

Rusiya XİN rəhbəri Bakıda rəsmi səfərdədir. Çərşənbə axşamı iki ölkənin XİN rəhbərləri diplomatik münasibətlərin qurulmasının 20 illiyi ilə əlaqədar birgə bəyanat imzalayıblar.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sözlərinə görə, bəyanatda iki ölkə arasında münasibətlərin bütün yolu əks olunub.

Mətbuat konfransı zamanı "Azərbaycan-Rusiya 1992-2012" sənədlər toplusu da təqdim edilib.

Xəbər lenti

Xəbər lenti