...

De Vaalın "Azərbaycanın dilemması" məqaləsi Cənubi Qafqaz dövləti haqqında stereotiplərin toplusudur - ekspert

Siyasət Materials 3 Aprel 2012 19:48 (UTC +04:00)
Bir sıra KİV-də çıxan Tomas de Vaalın "Azərbaycanın dilemması" məqaləsi rusiyalı ekspertlərdə böyük marağa səbəb olub.
De Vaalın "Azərbaycanın dilemması" məqaləsi Cənubi Qafqaz dövləti haqqında stereotiplərin toplusudur - ekspert

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Bir sıra KİV-də çıxan Tomas de Vaalın "Azərbaycanın dilemması" məqaləsi rusiyalı ekspertlərdə böyük marağa səbəb olub. Bunun birinci səbəbi odur ki, bu, Cənubi Qafqazın müasir dövləti və hələ də Qərb informasiya sahəsinə dominantlıq edən qonşuları haqqında stereotiplərin tam toplusudur. Əslində, məqalədə göstərilən faktlara etiraz etmək çətindir, axı, onların izahı hər dəfə suallar doğurur ki, bu da de Vaalın obyektivliyinə şübhə yaradır. Bunu "Vestnik Kavkaza" Analitik-İnformasiya Agentliyinin baş redaktoru, Lomonosov adına MDU-nun Tarix fakültəsinin dekan müavini, Trend-in Ekspert Şurasının üzvü, politoloq Aleksey Vlasov Trend-ə deyib.

Məsələn, onun Azərbaycanın BMT Təhlükəsizlik Şurasında iştirakı məsələsi üzrə qeydi. Müəlif dərhal "bir qərbli diplomat"dan sitat gətirir: "BMT Baş Assambleyasında gizlənmək olar, lakin TŞ-də gizlənmək mümkün deyil". Burada nəyə etiraz etmək olar və ya daha dəqiq desək, "dəvə olmadığını" necə sübut etmək mümkündür? Suriyaya münasibətdə bu məsələ üzrə rəsmi Bakının mövqeyinə böyük dərəcədə heç də Azərbaycan tərəfinin qətiyyəti deyil, İƏT tərəfdaşları qarşısında müəyyən öhdəlikləri təsir edir.

Müəllif Bakı və Ankara arasında münasibətlərin xarakterini də analoji şəkildə əsassız olaraq izah edir. İsrail amili bu qarşılıqlı münasibətlərə həqiqətən də təsir edir, lakin bir çox ekspertlər güman edirlər ki, bu, hələ aysberqin görünən tərəfidir, Ankara-Bakı-Təl-Əviv üçbucağında münasibətlərin parametrini müəyyənləşdirən daha dərin ciddi amillər isə açıq-aşkar deyil, onlar haqqında ancaq İsrail KİV-də məqalələr üzrə hökm vermək olar.

Əlamətdardır ki, Tomas de Vaal Vaşinqton ilə münasibətlərə Metyu Brayzanın Bakıya səfir təyin edilməməsi tarixi kontekstində yalnız bir dəfə toxunur. Lakin bu zaman Gürcüstanla münasibətlərdə, İran formatı problemində və hətta Azərbaycan və Rusiya arasında dialoqda Vaşinqtonun simasında regionaldan kənar amilin çox ciddi olması haqqında heç nə yazmır. De Vaal yazanda ki, Azərbaycan və İran bir-birinə güclü zərər vura bilər və onlar istənilən qarşıdurma yaradacaq addımlardan çəkinməlidirlər, belə bir sual vermək istəyirsən: "Bəs kim bu şəraiti formalaşdırır, regional oyunçuları qarşılıqlı qarşıdurmaya kim sövq edir?"

Bir çox avropalı və amerikalı ekspertlərin məntiqinə görə, regionda dəyişkən siyasət yürüdə biləcək ölkə yoxdur. Çox güman ki, Türkiyə və Azərbaycan üçün xoşbəxtliyin başlamasından dərhal sonra, Gürcüstan üçün isə bunun heç də uzaqda olmadığı dövrdə okeanın o tayındakı dostlarına diqqətlə qulaq asmaq nəzərdə tutulur. Görünür, Qərb analitiklərinin rusiyalı həmkarlarına Cənubi Qafqaz ölkələrinin obyekt deyil, beynəlxalq siyasətin subyektləri olduğunu xatırlatmağı sevmələrinə baxmayaraq, onların özləri müəyyən tapşırıqları yerinə yetirərkən bu amilə uğurla məhəl qoymurlar.

Xəbər lenti

Xəbər lenti