...

Bakıda Avronest PA-nın növbəti sessiyasının tarixi və tədbirlər planı müəyyənləşib

Siyasət Materials 4 Aprel 2012 11:13 (UTC +04:00)
Trend-in məlumatına görə, qəbul olunan qərara görə, növbəti 3-cü sessiya 28-29 may 2013-cü ildə Brüsseldə keçiriləcək.
Bakıda Avronest PA-nın növbəti sessiyasının tarixi və tədbirlər planı müəyyənləşib

Azərbaycan, Bakı, 4 aprel / Trend müxbir M.Əliyev/

Avronest PA-nın Bakıda keçirilən plenar sessiyasında qurumun növbəti il üçün sessiyasının vaxtı və yeri dəqiqləşdirilib.

Trend-in məlumatına görə, qəbul olunan qərara görə, növbəti 3-cü sessiya 28-29 may 2013-cü ildə Brüsseldə keçiriləcək.

Həmçinin qərara alınıb ki, Avronestin daimi komitələrinin iclasları 2013-cü il plenar sessiyasından əvvəl keçirilsin.

Sonra qurumun növbəti il üçün təklif olunan tədbirləri müzakirə olunub.

Azərbaycanlı millət vəkili Fuad Muradov Enerji komitəsində müzakirə və təklif olunan tədbirləri açıqlayıb. Onun sözlərinə görə, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirə olunacağı konfransın bu il keçirilməsi planlaşdırılır. O həmçinin deyib ki, Brüsseldə sentyabrda ekspert komissiyasının iclası keçiriləcək. Enerji komitəsindən olan Ukrayna nümayəndə heyətinin enerji məsələlərini müzakirə etmək üçün debatlar keçirilməsi təşəbbüsü də açıqlanıb və qeyd edilib ki, bu seminar yeni ideyalar gətirəcək.

Avronest PA-nın Sosial məsələlər komitəsinin üzvləri isə bu ilin payızında quruma daxil olan ölkələrin gənclər forumunun keçirilməsi təşəbbüsünü irəli sürüblər.

Xəbər lenti

Xəbər lenti