• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Siyasət

Sergey Lavrov: Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq və təhlükəsizlik prinsiplərinə söykənir

4 Aprel 2012 18:02 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov çərşənbə günü Rusiya xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend Milli Məclisin rəsmi saytına istinadən məlumat verir ki, görüşdə sədr bildirib ki, ikitərəfli əməkdaşlığımızın müasir tarixi 1992-ci il aprelin 4-dən başlayır. Məhz bu gün Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 20 ili tamam olur. Bu illər ərzində ölkələrimiz arasında möhkəm tərəfdaşlıq ənənələri formalaşıb. Dostluq və qarşılıqlı anlaşma kimi dəyərlər münasibətlərimizin əsasını təşkil edir. Dövlət başçılarımızın qarşılıqlı səfərləri, görüşləri zamanı aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış 160-dan çox sənəd əməkdaşlığımızın gələcək inkişafı üçün yaxşı zəmin yaradıb.

Söhbətdə spiker bildirib ki, bu gün Rusiya şirkətləri Azərbaycan iqtisadiyyatının inkişafında fəal iştirak edirlər. Ölkələrimiz arasında ticarət dövriyyəsi ilbəil artır. Ölkəmizdə rus mədəniyyətinə və rus dilinə böyük maraq var. Heç də təsadüfi deyil ki, müstəqil Azərbaycanda 500-dən çox məktəbdə dərslər rus dilində tədris olunur, ali məktəblərdə rus dilinin incəlikləri öyrənilir.

"Biz bütün sahələr üzrə əlaqələrimizin dinamik inkişafını yüksək qiymətləndiririk. Münasibətlərimizin daha da dərinləşməsində, sözsüz ki, parlamentlərimiz əhəmiyyətli rol oynayır. Milli Məclislə Rusiya Federal Məclisi arasında əməkdaşlıq haqqında bağlanmış müqavilənin müddəalarına əsaslanan əlaqələrimiz daha dinamik xarakter almaqdadır. Biz bu sahədə dostluq qruplarının fəaliyyətini önəmli hesab edirik. İnanırıq ki, hər iki ölkə parlamentariləri xalqlarımızın rifahı naminə münasibətlərimizin daha da dərinləşməsi işinə gələcəkdə öz dəyərli töhfələrini verəcəklər", - Əsədov deyib.

Milli Məclisin sədri regionun inkişafına böyük maneçilik törədən Dağlıq Qarabağ münaqişəsindən söz açaraq, problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiyanın bu məsələdə səylərini artıracağına inamını ifadə edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O qeyd edib ki, Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq və Cənubi Qafqazda təhlükəsizlik prinsiplərinə söykənir. Bu günədək həyatın müxtəlif sahələrinə aid ölkələrimiz arasında imzalanmış sənədlər fəaliyyət üçün geniş imkanlar yaradır. Yaxın zamanlarda münasibətlərimizin daha da dərinləşməsi baxımından əhəmiyyətli olan yeni hüquqi sənədlərin imzalanması gözlənilir.

Sergey Lavrov siyasi, iqtisadi sahələrlə yanaşı, humanitar sahədə də əlaqələrimizin yüksək olduğunu vurğulayaraq, Azərbaycanda rus dilinə olan marağı yüksək dəyərləndirib. O, yaxın vaxtlarda Bakıda İkinci Humanitar Forumun keçiriləcəyi xəbərindən məmnun olduğunu söyləyib. Qonaq əlaqələrimizin parlament ölçüsündən söz açaraq deputatlarımızın nüfuzlu beynəlxalq qurumlarda, o cümlədən AŞ PA, QDİƏT Parlament Məclisində birgə fəaliyyətlərini təqdirəlayiq hesab edib.

Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsindən söz açaraq, problemin həlli istiqamətində Rusiyanın səylərini əsirgəməyəcəyini bildirib.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, ölkəmizin Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin və digər rəsmi şəxslər iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Kateqoriyasında olan digər xəbərlər
Piter Teys: Azərbaycanda ağacəkmə aksiyası digər ölkələr üçün nümunə olmalıdır
Siyasət 19:01
Şamaxıda 10 ay ərzində bütün evlərin yenidən tikilməsi və təmir olunması misli görünməmiş məsələdir - Ekspert
Siyasət 17:40
650 min ağacın əkilməsi ekoloji təmizliyə, təbiətin yaşıllaşdırılmasına bir çağırışdır - Bəhruz Quliyev
Siyasət 17:20
Əli Əhmədov: 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi
Siyasət 16:46
Müdafiə Nazirliyi ağacəkmə aksiyasında iştirak edib (FOTO)
Siyasət 16:31
Deputatlar Avronest Parlament Assambleyasının VIII sessiyasında iştirak edəcəklər
Siyasət 15:26
Xəbər lenti
Azərbaycan nefti bahalaşır
İqtisadiyyat 22:11
Milli Məclisin deputatı Yevda Abramov vəfat edib
Gündəm 21:23
Yevlax: genişmiqyaslı kampaniya zamanı minlərlə ağac əkilib (FOTO)
Cəmiyyət 20:56
Nəsimi ruhuna ehtiram, ekoloji tarazlığa töhfə (FOTO)
Cəmiyyət 20:48
Bakıda bu işçilərin maaşları artıb
Cəmiyyət 20:43
ADU-da “Məni gözəl xatırla” adlı tədbir keçirilib (FOTO)
Cəmiyyət 20:33
Kapital Bank yenilənən Cəlilabad filialını istifadəyə verib
İqtisadiyyat 20:23
Bir gündə 650 min ağac əkək: Tovuzlular xeyirxah təşəbbüsə həvəslə qoşulublar (FOTO)
Cəmiyyət 20:15
Birlik sədri: 650 min ağacın əkilməsi yaşıllıqların sahəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq
Cəmiyyət 20:08
Ən çox oxunanlar
Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri (FOTO)
Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri (FOTO)
Qətlə yetirilən FHN əməkdaşının atası: Oğlumu öldürən şəxsin biri məsuliyyətdən yayınıb
Bu gün əkilən ağacların sayı 650 mini keçib - ETSN
Ağacəkmə aksiyasında bu rayonlar fərqlənib
Nəzər nöqtəsi
650 min ağacın əkilməsi ekoloji təmizliyə, təbiətin yaşıllaşdırılmasına bir çağırışdır - Bəhruz Quliyev

650 min ağacın əkilməsi ekoloji təmizliyə, təbiətin yaşıllaşdırılmasına bir çağırışdır - Bəhruz Quliyev

Deputat: Parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq
Fikrət Sadıqov: Azərbaycan parlamentinə innovativ ideyalarla yeni gənc kadrlar lazımdır
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri