...

Əli Həsənov: Rusiya XİN rəhbərinin regiona səfəri mühüm siyasi və diplomatik yük daşıyır

Siyasət Materials 4 Aprel 2012 19:52 (UTC +04:00)
Rusiya XİN rəhbərinin regiona səfəri mühüm siyasi və diplomatik yük daşıyır.
Əli Həsənov: Rusiya XİN rəhbərinin regiona səfəri mühüm siyasi və diplomatik yük daşıyır

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir M.Əliyev/

Rusiya XİN rəhbərinin regiona səfəri mühüm siyasi və diplomatik yük daşıyır. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Avrasiyada, Cənubi Qafqazda, Xəzər və Qara dəniz hövzələrindəki hazırkı vəziyyət fonunda Lavrovun Azərbaycana səfəri aktualdır", - o bildirib.

Həsənov qeyd edib ki, Lavrov Azərbaycanla, eləcə də Ermənistan rəhbərliyi ilə qarşıdakı müddətdə Rusiyanın bölgədəki siyasətini, o cümlədən Azərbaycanı daha çox maraqlandıran, narahat edən Qarabağ probleminin həlli ilə bağlı həmsədr, həmçinin regionun böyük nüfuzlu ölkəsi kimi mövqeyini, siyasətinin prioritetlərini bir daha hər iki ölkənin rəhbərliyinə çatdırdı.

"Lavrov İran və beynəlxalq aləmin mövcud qarşıdurması fonunda bir müttəfiq, strateji tərəfdaş kimi Azərbaycana və digər Cənubi Qafqaz ölkələrinə fikirlərini çatdırdı", - o deyib.

PA şöbə müdiri həmçinin bildirib ki, Azərbaycan və Rusiya arasındakı strateji tərəfdaşlıq münasibətlərinin fərqli aspektləri son zamanlar aktiv şəkildə müzakirə olunur. "Düşünürük ki, Rusiyadakı yeni rəhbərliklə, Vladimir Putinin formalaşdıracağı yeni komanda ilə Azərbaycanla mövcud olan əlaqələr bir az da genişlənəcək, yüksələn xətlə inkişaf edəcək", - o deyib.

Xəbər lenti

Xəbər lenti