...

Azərbaycan və Çexiya prezidentləri görüşüblər (FOTO)

Siyasət Materials 5 Aprel 2012 16:12 (UTC +04:00)
Aprelin 5-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Çexiya Respublikasının Prezidenti Vatslav Klaus və xanımı Livia Klausova ilə birgə görüşü olub
Azərbaycan və Çexiya prezidentləri görüşüblər (FOTO)

Aprelin 5-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Çexiya Respublikasının Prezidenti Vatslav Klaus və xanımı Livia Klausova ilə birgə görüşü olub.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çexiya Respublikasının Prezidenti Vatslav Klausun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunduğu görüşdə əlaqələrimizin siyasi, iqtisadi və digər sahələrdə möhkəmləndiyi bildirildi.

Görüşdə Azərbaycan ilə Çexiya arasında iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı. Ölkələrimiz arasında əlaqələrin Avropa İttifaqı çərçivəsində də uğurla davam etdirildiyi bildirldi.

Xəbər lenti

Xəbər lenti