...

GUAM üzvü olan ölkələrin əməkdaşlığının perspektivləri Bakıda müzakirə olunacaq

Siyasət Materials 6 Aprel 2012 12:18 (UTC +04:00)
GUAM-da əməkdaşlığın perspektivlərini milli əlaqələndiricilər aprelin 9-10-da Bakıda müzakirə edəcəklər.
GUAM üzvü olan ölkələrin əməkdaşlığının perspektivləri Bakıda müzakirə olunacaq

Azərbaycan, Bakı, 6 aprel / Trend, müxbir S.Ağayeva /

GUAM-da əməkdaşlığın perspektivlərini milli əlaqələndiricilər aprelin 9-10-da Bakıda müzakirə edəcəklər. Bu barədə Trend-ə qurumun Katibliyindən məlumat verilib.

Təşkilata üzv ölkələrin milli əlaqələndiriciləri - Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın xarici işlər nazirlərinin müavinləri, eləcə də GUAM-ın baş katibi Valeri Çeçelaşvili qurum çərçivəsində həyata keçirilən proqram və layihələri müzakirə edəcəklər.

Bu il təşkilata Azərbaycan sədrlik edir.

Xəbər lenti

Xəbər lenti