...

Azərbaycanın vitse-spikeri "Jiquli"ləri qatil maşın adlandırıb

Siyasət Materials 6 Aprel 2012 17:35 (UTC +04:00)
Azərbaycanda köhnə və aşağı standartlı Rusiya istehsalı olan avtomobillər çoxluq təşkil edir.
Azərbaycanın vitse-spikeri "Jiquli"ləri qatil maşın adlandırıb

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda köhnə və aşağı standartlı Rusiya istehsalı olan avtomobillər çoxluq təşkil edir. Trend-in məlumatına görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova cümə günü "Yol hərəkəti haqqında" qanuna edilən dəyişikliklərin müzakirələri zamanı deyib.

Muradova "Jiquli"ləri qatil maşın adlandırıb.

Vitse-spiker deyib ki, bu maşınları aşağı sosial vəziyyəti olan insanlar sürürlər.

O, həmin şəxslərin sürücülük vəsiqəsi alması prosesinin şəffaflığına da şübhə ilə yanaşıb.

Vtse-spiker deyib ki, valideynlər aylıq 300 manat kreditlə alınan avtomobilləri öz azyaşlı uşaqlarına verir və həmin uşaqlar da avtomobili səriştəsiz idarə etməklə təhlükə yaradırlar.

"Rusiyada istehsal olunan avtomobillərin Azərbaycana idxalının məhdudlaşdırılması üçün addımlar atılmalıdır", o deyib.

Xəbər lenti

Xəbər lenti