...

Azərbaycan və RF arasında kapital qoyuluşlarının qarşılıqlı qorunması haqqında sazişin imzalanması lazımdır - Federasiya Şurasının sədri

Siyasət Materials 9 Aprel 2012 16:41 (UTC +04:00)
Azərbaycan və Rusiya arasında kapital qoyuluşların qarşılıqlı qorunması haqqında sazişin imzalanmasının vaxtı çatıb.
Azərbaycan və RF arasında kapital qoyuluşlarının qarşılıqlı qorunması haqqında sazişin imzalanması lazımdır - Federasiya Şurasının sədri

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan və Rusiya arasında kapital qoyuluşların qarşılıqlı qorunması haqqında sazişin imzalanmasının vaxtı çatıb. Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko belə hesab edir.

"Kapital qoyuluşlarının qarşılıqlı qorunması haqqında sazişin imzalanması investisiya fəaliyyətini fəallaşdırmağa imkan verəcək ki, bu da biznesə çox ciddi dəstək olacaq. Bu, risklərin azaldılması və əlavə müdafiənin təmin edilməsi mənasına gəlir", - Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda jurnalistlərə Matvienko Milli Məclisin sədri Oqtay Əsədovla görüşdən sonra deyib.

Onun sözlərinə görə, görüşdə profilli parlament komitələrinin əlaqələrinin genişləndirilməsi nəzərə alınmaqla, əməkdaşlığın gələcək inkişafı məsələləri müzakirə edilib.

"Bu, regional və sərhədyanı səviyyədə əməkdaşlığın daha səmərəli təmin edilməsi üçün zəruri qanunverici aktların hazırlanmasının tezləşdirilməsi məsələləridir", - Matvienko qeyd edib.

Onun sözlərinə görə, tərəflər ekoloji sahədə əməkdaşlıqda, o cümlədən Xəzərin ekoloji məsələlərinin həllində maraqlıdır.

Matvienko deyib ki, mayda MDB PA-nın himayəsi altında keçiriləcək V Beynəlxalq Ekoloji Konqres çərçivəsində ekoloji əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Görüşdə, həmçinin, bu gün bütün istiqamətlər üzrə strateji tərəfdaşların münasibətləri kimi inkişaf edən dövlətlərarası münasibətlərin çox vacib tərkib hissəsi olan parlamentlərarası əməkdaşlığın inkişafı haqqında dialoq davam etdirilib.

Matvienko vurğulayıb ki, iki ölkənin parlamentləri burada çox əhəmiyyətli rol oynayır.

Xəbər lenti

Xəbər lenti