...

Gəncə-Sərkar-Qarayeri-Qədili avtomobil yolunun tikintisinə 2,5 milyon manat ayrılıb

Siyasət Materials 10 Aprel 2012 20:14 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Samux rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Gəncə-Sərkar-Qarayeri-Qədili avtomobil yolunun tikintisinə 2,5 milyon manat ayrılıb

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Samux rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, on yeddi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Gəncə-Sərkar-Qarayeri-Qədili avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Samux rayon İcra Hakimiyyətinə 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti