...

İlham Əliyev Ağstafada Səməd Vurğun adına mədəniyyət və istirahət parkının açılışında iştirak edib (FOTO)

Siyasət Materials 12 Aprel 2012 15:43 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Ağstafa şəhərində yenidən qurulmuş Səməd Vurğun adına mədəniyyət və istirahət parkının açılışında iştirak edib.
İlham Əliyev Ağstafada Səməd Vurğun adına mədəniyyət və istirahət parkının açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Ağstafa şəhərində yenidən qurulmuş Səməd Vurğun adına mədəniyyət və istirahət parkının açılışında iştirak edib.

Parkda Xalq Şairi Səməd Vurğunun büstü qoyulub. Büstün fonunda görkəmli şairin yaradıcılığını əks etdirən möhtəşəm "Kitab abidəsi" kompleksi tikilib.

Dövlətimizin başçısı Səməd Vurğunun abidəsi önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə məlumat verildi ki, Heydər Əliyev prospektində yerləşən park 2,8 hektar sahəni əhatə edir. Parkın gəzinti sahəsinə 4,5 min kvadratmetr plitə döşənib. Parkın ərazisi qarşı tərəfdən 140 metr uzunluğunda, fasadı ağlay daşı ilə üzlənmiş dekorativ hasarla əhatə olunub. Yanlardan və arxa hissədən isə parkı uzunluğu 300, hündürlüyü 3,5 metr olan qədim memarlıq nümunələrimizdən hesab edilən "qala divarları" dövrələyib. Burada yaraşıqlı fəvvarə quraşdırılıb, hər biri 4,5 metr uzunluğunda yarımkürə formasında doqquz, metaldan hazırlanmış 20 oturacaq qoyulub. Parkda dekorativ bəzək və gül kolları əkilib, işıqlandırma və yaşıllığın suvarılması sistemləri müasir standartlara uyğunlaşdırılıb, müasir tipli 73 işıq dirəyi quraşdırılıb. Parkda simsiz internet şəbəkəsi yaradılıb, "Yazıçılar evi" və "Vurğun kafesi" inşa edilib.

Parkla tanışlıqdan sonra dövlətimizin başçısı "Yazıçılar evi"ndə bölgə ziyalıları ilə görüşüb.

"Ağstafa" qəzetinin redaktor müavini Firdovsi Heydərli, Azərbaycan Yazıçılar Birliyinin Qazax bölgəsi filialının sədri Barat Vüsal, şairə Cığatel Qasımova, Milli Məclisin deputatı Nizami Cəfərov, Qazax şəhər 2 nömrəli orta məktəbin müəllimi, "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi Samir Hüseynov və gənc şairə Şahinə Həsənzadə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Barat Vüsal dövlətimizin başçısına Molla Vəli Vidadinin dövründən bu günədək Qazax mahalında yaşayıb yaradan şairlərin əsərlərinin toplusu olan "Şairlər vətəni - bizim tərəflər" poeziya antologiyasını hədiyyə etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbər lenti

Xəbər lenti