...

Cənubi Qafqaz ölkələri NATO üçün vacib əhəmiyyət kəsb edir

Siyasət Materials 13 Aprel 2012 11:24 (UTC +04:00)
Cənubi Qafqaz ölkələri NATO üçün vacib əhəmiyyət kəsb edir. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda "NATO-nun Çikaqo sammitinin əhəmiyyəti: Avroatlantik əməkdaşlıq üçün yeni imkanlar" mövzusunda keçirilən konfransda NATO Baş qərərgahının nümayəndəsi Stefan Elqersma bildirib.
Cənubi Qafqaz ölkələri NATO üçün vacib əhəmiyyət kəsb edir

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir E.Mehdiyev/

Cənubi Qafqaz ölkələri NATO üçün vacib əhəmiyyət kəsb edir. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda "NATO-nun Çikaqo sammitinin əhəmiyyəti: Avroatlantik əməkdaşlıq üçün yeni imkanlar" mövzusunda keçirilən konfransda NATO Baş qərərgahının nümayəndəsi Stefan Elqersma bildirib.

Elqersma deyib ki, NATO-Azərbaycan münasibətləri düzgün istiqamətdədir və sağlam kurs götürüb.

"Cənuqi Qafqaz ona görə əhəmiyyətlidir ki, burada nəqliyyat dəhlizi yerləşir, potensial enerji dəhlizi mövcuddur", - NATO rəsmisi bildirib.

Eyni zamanda o qeyd edib ki, Cənubi Qafqazda həll olunmamış münaqişələr mövcuddur. Bu da region üçün qeyri-stabillik yaradır.

"Bu region ümumilikdə Avropada təhlükəsizlik arxitekturası üçün mühüm əhəmiyyət kəsb edir", - Elqersma deyib.

Xəbər lenti

Xəbər lenti