...

Azərbaycan və Almaniya hərbiçilərinin iştirakı ilə seminar keçirilir

Siyasət Materials 17 Aprel 2012 12:33 (UTC +04:00)
Aprelin 17-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında Almaniya nümayəndə heyətinin iştirakı ilə "Silahlı Qüvvələr demokratiya şəraitində" silsiləsindən "Rəhbərlik və mülki təhsil" mövzusunda seminar başlayıb.
Azərbaycan və Almaniya hərbiçilərinin iştirakı ilə seminar keçirilir

Azərbaycan, Bakı, 17 aprel / Trend müxbir K.Zərbalıyeva/

Aprelin 17-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında Almaniya nümayəndə heyətinin iştirakı ilə "Silahlı Qüvvələr demokratiya şəraitində" silsiləsindən "Rəhbərlik və mülki təhsil" mövzusunda seminar başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, seminar iki ökənin Müdafiə nazirlikləri arasında "2012-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramı"na uyğun olaraq təşkil olunub.

İki gün davam edəcək seminarda Müdafiə Nazirliyinin müxtəlif idarə və xidmətlərindən, hərbi tədris müəssisələrindən və Silahlı Qüvvələrin qoşun növlərindən 20 nəfərədək heyət iştirak edir.

Seminarda "Qoşunlara siyasi, təşkilati rəhbərlik və Federal Silahlı Qüvvələrin tapşırıqları", "Almaniyada Silahlı Qüvvələrin hüquq və vəzifələri", "Qayda-qanun və tabeçilik", "İntizam qanunu" mövzularında müzakirələr aparılacaq.

Xəbər lenti

Xəbər lenti