...

İlham Əliyev BP şirkətinin icraçı direktorunu qəbul edib

Siyasət Materials 17 Aprel 2012 15:43 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı BP şirkətinin icraçı direktoru Robert Dadlini qəbul edib.
İlham Əliyev BP şirkətinin icraçı direktorunu qəbul edib

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı BP şirkətinin icraçı direktoru Robert Dadlini qəbul edib.

Görüşdə Azərbaycan ilə BP şirkəti arasında uzun illər həyata keçirilən uğurlu əməkdaşlıq məmnunluqla qeyd olundu.

BP şirkətinin icraçı direktoru Robert Dadli "Şahdəniz" yatağının işlənilməsi layihəsinin 2-ci fazası və icrada olan digər layihələrin gedişi barədə Azərbaycan Prezidentinə məlumat verdi.

Görüşdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti