...

Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisinə maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 17 Aprel 2012 18:51 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisinə maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Xırdalan şəhərində Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisinə başlamaq üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti