...

Oqtay Əsədov: Azərbaycan ilə Ukrayna strateji müttəfiqdirlər

Siyasət Materials 19 Aprel 2012 14:18 (UTC +04:00)
Bu gün Azərbaycan ilə Ukrayna strateji müttəfiqdirlər.
Oqtay Əsədov: Azərbaycan ilə Ukrayna strateji müttəfiqdirlər

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir M.Əliyev/

Bu gün Azərbaycan ilə Ukrayna strateji müttəfiqdirlər. Trend-in məlumatına görə, bunu Bakıda Ukrayna Ali Radasının sədri Vladimir Litvinlə keçirilən görüşdə Milli Məclisin sədri Oqtay Əsədov deyib.

Əsədov Azərbaycan ilə Ukrayna arasındakı dostluq əlaqələrinin qədim tarixi kökləri olduğunu vurğulayıb.

Spiker deyib ki, bu gün Azərbaycan ilə Ukrayna strateji müttəfiqdirlər və əlaqələrimizin belə yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının xüsusi rolu var.

Görüşdə bildirilib ki, bu günə qədər Azərbaycan ilə Ukrayna arasında 120-dən çox dövlətlərarası və hökumətlərarası sənəd imzalanıb.

Əsədov onu da deyib ki, bu gün Ukraynada 500 mindən çox azərbaycanlı yaşayır və onlar bu ölkənin sosial-iqtisadi inkişafında, eləcə də ikitərəfli əlaqələrimizin inkişafında mühüm rol oynayırlar.

Azərbaycanın sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verən Milli Məclisin sədri Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin inkişafına və regionda sülhün tam bərqərar olmasına ciddi maneə yaratdığını qeyd edib. Ukraynanın bu münaqişənin həllində nümayiş etdirdiyi ədalətli mövqeyinə görə minnətdarlığını bildirib.

Vladimir Litvin isə çıxışında deyib ki, həqiqətən də qarşılıqlı səfərlər münasibətlərin hərtərəfli inkişafında mühüm rol oynayır.

"Biz əlaqələrimizin genişlənməsinə böyük önəm veririk və düşünürük ki, dövlətlərimizin başçıları arasındakı möhkəm dostluq münasibətləri bizə əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün geniş imkanlar açır", - Litvin deyib.

Xəbər lenti

Xəbər lenti