...

İsraillə Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələr inkişaf edir - səfir

Siyasət Materials 20 Aprel 2012 09:00 (UTC +04:00)
İsraillə Azəraycan arasında siyasi, iqtisadi və mədəni sahələrdə münasibətlər fəal inkişaf edir. Bunu İsrailin Azərbaycandakı səfiri Mixael Lotem İsrailin Müstəqillik Günü və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə Trend-ə müsahibəsində deyib
İsraillə Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələr inkişaf edir - səfir

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.Mehdiyev/

İsraillə Azəraycan arasında siyasi, iqtisadi və mədəni sahələrdə münasibətlər fəal inkişaf edir. Bunu İsrailin Azərbaycandakı səfiri Mixael Lotem İsrailin Müstəqillik Günü və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə Trend-ə müsahibəsində deyib.

"Biz daim ticarət və iqtisadi əlaqələrin necə inkişaf etdiyini və bəzi hadisələrin baş verdiyini görürük. Getdikcə daha çox İsrail şirkətləri Azərbaycanda müxtəlif fəaliyyət sahələrinə daxil olurlar və İsrail Azərbaycan bazarına çox maraq göstərir", - səfir bildirib.

Onun sözlərinə görə, İsrail və Azəraycan mədəni sahədə çoxlu təmaslara malikdirlər.

İsraillə Azərbaycan arasında siyasi münasibətlərə gəldikdə, diplomatın sözlərinə görə, iki ölkə arasında çox səmərəli və konstruktiv dialoq yaranıb.

Regionda sülhün və sabitliyin təmin olunması üzrə səylərlə bağlı Lotem bildirib ki, ikitərəfli danışıqlara ümid bəsləyir.

"Təcrübəmizdən çıxış edərək, biz ikitərəfli danışıqlara inanırıq. Başqa ölkələrin kömək göstərməsi yaxşıdır. Lakin ikitərəfli danışıqlar başlıca məqam olmalıdır. İsrailin möhkəm tərəfdarı olduğu mövqe belədir", - səfir qeyd edib.

Xəbər lenti

Xəbər lenti