...

Azərbaycanla Argentina arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Siyasət Materials 20 Aprel 2012 10:33 (UTC +04:00)
Azərbaycanla Argentina arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları səfir Məmməd Əhmədzadənin bu ölkənin kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yauharla görüşündə müzakirə olunub.
Azərbaycanla Argentina arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Azərbaycanla Argentina arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları səfir Məmməd Əhmədzadənin bu ölkənin kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yauharla görüşündə müzakirə olunub. Bu barədə Trend-ə səfirliyin məlumatına istinadən Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.

Nazir Norberto Yauhar kənd təsərrüfatı sahəsində dünyanın aparıcı ölkələrindən biri kimi Argentinanın bu sahədə zəngin təcrübəsi barədə danışıb. Argentinalı nazir Azərbaycanın yüksək inkişaf tempini və kənd təsərrüfatının inkişafına verilən diqqəti nəzərə alaraq ölkəsinin Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıqda, bu xüsusda Azərbaycana Argentina yüksək texnologiyalarının ötürülməsi, texniki dəstək və məsləhətlərin görülməsi, birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.

Öz tərəfindən, Əhmədzadə Azərbaycanın yüksək iqtisadi nailiyyətləri, artan maliyyə və iqtisadi imkanları, iqtisadiyyatın şaxələndirilməsi strategiyası və bu xüsusda kənd təsərrüfatı sektorunun inkişafı barədə məlumat verib. Kənd təsərrüfatı sektorunun iki ölkə arasında əməkdaşlığın inkişafında prioritet istiqamətlərdən biri olduğunu vurğulayan səfir Argentinanın zəngin kənd təsərrüfatı təcrübəsinin öyrənilməsi və müasir innovativ texnologiyalarının Azərbaycana ötürülməsinin ölkəmizdə bu sektorun inkişafına böyük töhfə olacağını deyib. Əhmədzadə bu istiqamətdə mövcud imkanlardan danışıb.

Görüşdə əməkdaşlığın inkişafı üzrə atılması məqsədəmüvafiq olan addımlar barədə fikir mübadiləsi aparılıb.

Sonra Əhmədzadə mətbuat nümayəndələri ilə görüşlə bağlı fikirlərini bölüşüb və bu barədə Argentina Kənd Təsərrüfatı, Heyvandarlıq və Balıqçılıq Nazirliyinin mətbuat xidməti tərəfindən xüsusi videoreportaj yayımlanıb.

http://www.youtube.com/watch?v=uxTAHUCATgo

Xəbər lenti

Xəbər lenti