...

Azərbaycan Parlamenti siyasi partiyaların maliyyələşməsi məsələsinə aydınlıq gətirir

Siyasət Materials 20 Aprel 2012 12:18 (UTC +04:00)
Milli Məclisin (MM) növbəti plenar iclası işinə başlayıb. Trend-in məlumatına görə, MM-in bugünkü iclasının gündəliyinə ümumilikdə 23 məsələ salınıb.
Azərbaycan Parlamenti siyasi partiyaların maliyyələşməsi məsələsinə aydınlıq gətirir

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir M.Əliyev/

Milli Məclisin (MM) növbəti plenar iclası işinə başlayıb. Trend-in məlumatına görə, MM-in bugünkü iclasının gündəliyinə ümumilikdə 23 məsələ salınıb. Bunların böyük əksəriyyəti müxtəlif qanunlara əlavə və dəyişikliklərlə bağlı qanun layihələridir.

"İnformasiya əldə etmək haqqında", "Qiymətləndirmə fəaliyyəti haqqında", "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında", "Su təchizatı və tullantı suları haqqında" qanunlara, həmçinin Mülki Prosessual, Meşə, Torpaq, Mülki, İnzibati Xətalar, Vergi, Mənzil məcəllələrinə və s. qanunvericilik aktlarına əlavə və dəyişikliklər müzakirə ediləcək.

İclasda "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklər də müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti