...

Braziliya və Azərbaycan əməkdaşlığın bir neçə prioritetinə malikdirlər – səfir

Siyasət Materials 23 Aprel 2012 08:00 (UTC +04:00)
Braziliya və Azərbaycan əməkdaşlığın bir neçə prioritetinə malikdirlər. Bu barədə Braziliyanın Azərbaycana yeni təyin olunmuş səfiri Sergio de Souza Fontes Arrudan Trend-ə müsahibəsində bildirib
Braziliya və Azərbaycan əməkdaşlığın bir neçə prioritetinə malikdirlər – səfir

Azərbaycan, Bakı, 20 aprel / Trend, müxbir E.Mehdiyev /

Braziliya və Azərbaycan əməkdaşlığın bir neçə prioritetinə malikdirlər. Bu barədə Braziliyanın Azərbaycana yeni təyin olunmuş səfiri Sergio de Souza Fontes Arrudan Trend-ə müsahibəsində bildirib.

"Azərbaycan hakimiyyəti ilə ən yüksək səviyyədə ilk söhbətimdən sonra mən əməkdaşlığın üç və ya dörd prioritet istiqamətini görürəm. Braziliya Azərbaycanın sosial-iqtisadi inkişafı prosesində böyük əhəmiyyətə malik olan sahələr üzrə əməkdaşlıqda maraqlıdır", - səfir deyib.

Onun sözlərinə görə, həm Braziliya, həm Azərbaycan nəhəng neft və qaz ehtiyatları sayəsində irəliləyiblər.

"Əlbəttə, Azərbaycan bu resursların işlənməsində 150 illik ənənəyə malikdir, Braziliya isə bu prosesə 60 il əvvəl qoşulub. Hökumətimiz hesab edir ki, yaxın vaxtlarda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Braziliyanın iri "Petrobrás" neft və qaz şirkəti əməkdaşlıq qura bilər", - de Souza Fontes Arrudan deyib.

Onun sözlərinə görə, bu əməkdaşlıq bir sıra sahələrə toxuna bilər. Hər iki ölkə peşəkar və akademik mərkəzlərə malikdir.

"Şübhəsiz ki, dar xüsusi texniki məsələlərdə ölkələrin təcrübəsindən qarşılıqlı şəkildə istifadə etmək olar", - qeyd edib.

Diplomatın sözlərinə görə, dünya liderliyi mövqeyindən bərpa edilmiş enerji mənbələri haqqında danışarkən, Braziliya dünyada ən yaxşı oyunçulardan biridir. "Hesab edirəm ki, habelə Braziliyanın bəzi təcrübəyə malik olduğu və onu Azərbaycanla bölüşə biləcəyi hidroenerji layihələrində də potensial var", - o deyib.

De Souza Fontes Arrudanın sözlərinə görə, Azərbaycan və Braziliya təkcə neft-qaz sahəsində deyil, başqa sahələrdə də əməkdaşlıq edə bilərlər.

"Biz Azərbaycanın inkişaf templərindən anlayırıq ki, ölkə infrastruktur layihələrinə əhəmiyyətli həcmdə investisiya qoyur ki, bu da Braziliya ilə əməkdaşlıq üçün səbəblərdən biridir. Son on ildə Braziliya iqtisadi və sosial proqramlara fəal yatırımlar qoyur", - o deyib.

Onun sözlərinə görə, bu gün Braziliya da Azərbaycan kimi infrastruktur, mənzil, nəqliyyat, aeroportlar, limanlar sahəsində layihələr üzərində çalışır. Ona görə təbii ki, Braziliyanın beynəlxalq korporasiyalar qrupu Azərbaycanda nə baş verdiyini çox diqqətlə izləyir və bir sıra layihələrdə ölkənin tərəfdaşı olacağına ümid edir.

"Bizim birinci görüşümüzdə Azərbaycan Prezidenti İlham Əliyev belə tərəfdaşlıq perspektivlərinin inkişaf etdirilməsini alqışladı. O, təkcə neft-qaz sahəsini deyil, həm də infrastruktur, ictimai nəqliyyat, turizm, informasiya texnologiyalarını nümunə gətirdi", - səfir deyib.

Onun sözlərinə görə, bu gün iqtisadi və kommersiya sahələri prioritetdir ki, burada ölkələr ümumi məqsədlərə nail olmaq üçün tərəfdaş ola bilərlər.

"Bu gün Azərbaycan Braziliyada öz səfirliyini açır və bu, o deməkdir ki, Azərbaycan və Braziliya əməkdaşlığı ən yüksək səviyyədə daha sürətlə möhkəmləndirə bilərlər", - diplomat deyib.

Dağlıq Qarabağ münaqişəsi

Dağlıq Qarabağ məsələsində Braziliya çox dəqiq mövqeyə malikdir. Səfir bildirib ki, bu mövqe dəfələrlə səsləndirilib və daim beynəlxalq birliyin diqqətinə çatdırılıb.

Səfir vurğulayıb ki, bu mövqe Braziliya Konstitusiyasının mühüm bəndlərindən birinə əsaslanır ki, bu da münaqişələrin sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayır. Braziliya bu kriteriyanın Dağlıq Qarabağ münaqişəsinin həllində də tətbiq edilməsini vacib hesab edir.

"Bu baxımdan Braziliya Minsk Qrupunun həyata keçirdiyi sülh prosesini dəstəkləyir", - diplomat deyib.

Onun sözlərinə görə, Braziliya BMT-nin üzvü kimi münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsini dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti