...

Azərbaycanın millət vəkilləri AŞ PA-nın yaz sessiyasında çıxış edəcəklər

Siyasət Materials 21 Aprel 2012 14:28 (UTC +04:00)
Aprelin 23-dən 27-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası keçiriləcək.
Azərbaycanın millət vəkilləri AŞ PA-nın yaz sessiyasında çıxış edəcəklər

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Aprelin 23-dən 27-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası keçiriləcək.

Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.

Trend Milli Məclisin rəsmi saytına istinadən məlumat verir ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Sevinc Fətəliyeva, Rövşən Rzayev, Aydın Abbasov, Elxan Süleymanov, Rafael Hüseynov, Sabir Hacıyev, Sahibə Qafarova və Fazil Mustafa daxildirlər.

Sessiyada Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Assambleyanın yeni vitse-prezidentləri seçiləcək, ərəb baharının təsirləri, Suriyadakı vəziyyət, Avropa İnsan Haqları Məhkəməsinin gələcəyi, ifadə və məlumat azadlığının qorunması, Şimali Qafqazda məcburi köçkünlərin vəziyyəti, Aralıq dənizində insan ölümləri və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Tədbirdə nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

Xəbər lenti

Xəbər lenti