...

Suriyada kütləvi etirazlar zamanı həbs olunmuş 30 nəfər azad edilib

Siyasət Materials 21 Aprel 2012 15:31 (UTC +04:00)
Suriya hakimiyyəti şənbə günü əvvəllər hökumət əleyhinə çıxışlarda iştirakına görə həbs edilmiş, lakin "əli qana batmamış" 30 nəfəri azad edib.
Suriyada kütləvi etirazlar zamanı həbs olunmuş 30 nəfər azad edilib

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Suriya hakimiyyəti şənbə günü əvvəllər hökumət əleyhinə çıxışlarda iştirakına görə həbs edilmiş, lakin "əli qana batmamış" 30 nəfəri azad edib. Bu barədə Trend Suriyanın SANA agentliyinə istinadən məlumat verir.

Ümumilikdə, 2011-ci ilin noyabrından kütləvi etirazlarda iştirakına görə saxlanılan 4 minə yaxın Suriya vətəndaşı həbsdən azad edilib.

Siyasi məhbusların azadlığa buraxılması BMT və Ərəb Dövlətləri Liqasının xüsusi elçisi Kofi Annanın Suriyada böhranın aradan qaldırılması ilə bağlı BMT TŞ-nin yekdilliklə dəstəklədiyi planının bəndlərindən biridir. Plan, həmçinin BMT-nin xüsusi nəzarət mexanizmi altında bütün tərəflərin silahlı zorakılığı dayandırmasını, zərərçəkənlərə humanitar yardım göstərilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti