...

"Azərbaycan-ABŞ əlaqələrinin 20 illiyi: nailiyyətlər və perspektivlər" adlı konfrans keçiriləcək

Siyasət Materials 24 Aprel 2012 18:07 (UTC +04:00)
Tədbirdə nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və Asim Mollazadə çıxış edəcək, qarşılıqlı münasibətlərin inkişaf yoluna nəzər salacaqlar.
"Azərbaycan-ABŞ əlaqələrinin 20 illiyi: nailiyyətlər və perspektivlər" adlı konfrans keçiriləcək

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Milli Məclisin deputatları - Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov, Sevinc Fətəliyeva, Asim Mollazadə, Ceyhun Osmanlı və Cavanşir Paşazadə Azərbaycan-ABŞ münasibətlərinin 20 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün aprelin 25-dən 27-dək Vaşinqtonda səfərdə olacaqlar.

Trend Milli Məclisin rəsmi saytına istinadən məlumat verir ki, Vaşinqtonda 30-dək senator və konqresmenin iştirakı ilə keçiriləcək "Azərbaycan-ABŞ əlaqələrinin 20 illiyi: nailiyyətlər və perspektivlər" adlı konfransda 20 il uğurlu əməkdaşlıq təcrübəsi, gələcəyə baxış, tərəfdaşlığımızın əsas istiqamətləri, Xəzər hövzəsində enerji və təhlükəsizlik və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Tədbirdə nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və Asim Mollazadə çıxış edəcək, qarşılıqlı münasibətlərin inkişaf yoluna nəzər salacaqlar.

Mayın 1 və 3-də isə deputat Asim Mollazadə İllinoys və Luiziana ştatlarında olacaq, burada Azərbaycan-ABŞ əlaqələrinin 20 illiyinə həsr olunmuş tədbirlərə qatılacaq.

Xəbər lenti

Xəbər lenti