...

Biz mədəniyyətin qondarma yollar və çirkin üsullarla siyasiləşdirilməsini qətiyyətlə rədd edirik - Azərbaycanlı deputat

Siyasət Materials 25 Aprel 2012 03:09 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasının ikinci iş günündə Avropa Naminə Liberal Demokratların Alyansı partiya qrupunun iclasında Evrovizion mahnı müsabiqəsinin Bakıda keçirilməsi əleyhinə çağırışlar olmuşdur.
Biz mədəniyyətin qondarma yollar və çirkin üsullarla siyasiləşdirilməsini qətiyyətlə rədd edirik - Azərbaycanlı deputat

Fransa, Strasburq, 25 aprel /Trend A.Məhərrəmli/

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasının ikinci iş günündə Avropa Naminə Liberal Demokratların Alyansı partiya qrupunun iclasında Evrovizion mahnı müsabiqəsinin Bakıda keçirilməsi əleyhinə çağırışlar olmuşdur. Bu barədə Trend-ə qurumda Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov məlumat verib.

Millət vəkili qeyd edib ki, biz mədəniyyətin qondarma yollar və çirkin üsullarla bu cür siyasiləşdirilməsini qətiyyətlə rədd edir, ümumiyyətlə, partiya qrupunda belə fikrin səslənməsini pisləyirik.

"Biz mədəniyyətin qondarma yollar və çirkin üsullarla siyasiləşdirilməsini qətiyyətlə rədd edirik. Azərbaycanın Eurovision Beynəlxalq Mahnı Müsabiqəsində qalib çıxması və 2012-ci ildə bu tədbirin keçirilməsinə ev sahibliyi etmək haqqını qazanması ölkəmizin əleyhinə olan qüvvələrin, ilk növbədə ermənilərin yuxusuna haram qatmışdır. AŞ PA-nın yaz sessiyasında Avropa Naminə Liberal Demokratların Alyansı partiya qrupunun iclasında həmin qüvvələrin təhriki ilə növbəti fitnəkar addım atmaq təşəbbüsü olmuşdur. Lüksemburqlu deputat A. Brassör (Anne Brasseur) qrupa daxil olan deputatları Evrovizion mahnı müsabiqəsinin Bakıda keçirilməsi əleyhinə petisiyaya imza atmağa çağırmışdır. Belə təxribat səciyyəli təkliflərin Avropa Şurasının prinsiplərinə və apardığı siyasətə ziddir Avropa Şurasının vəzifəsi üzv ölkələrdə demokratik proseslərin inkişafına kömək etmək, onların qazandığı uğurları təqdir və təşviq etməkdir"- o, deyib.

R. Hüseynov onu da əlavə edib ki, Evrovision mahnı müsabiqəsində Azərbaycanın qələbəsi müxtəlif sahələrdə əldə etdiyi inkişafın daha bir məntiqi nəticəsidir.

"Azərbaycanın Avropa Şurasına üzv olduğu son 11 ildə ən müxtəlif sahələrdə nailiyyətləri o qədər qabarıqdır ki, bunları görməmək mümkün deyildir. Elə Evrovision mahnı müsabiqəsində Azərbaycanın qələbəsi də həmin inkişafın daha bir məntiqi nəticəsidir. Azərbaycana qarşı qeyri-obyektiv, ədalətsiz mövqedə dayanan müəyyən fitnəkar qüvvələri bugünkü kimi məntiqə zidd olan təşəbbüslər irəli sürməyə sövq edən, onların təşvişinə, narahatçılığına səbəb odur ki, dünyanın onlarca ölkəsindən həmin müsabiqə vaxtı Bakıya çoxlu qonaqlar gələcək və ölkənin necə tərəqqi etməsini öz gözləri ilə görəcəklər. Bu isə təxribatşı qüvvələrin Azərbaycan əleyhinə apardığı təbliğatların əyani şəkildə ifşası demək olacaqdır. Ona görə belə şəxslər və qüvvələr hər vasitə ilə çalışırlar ki, Azərbaycan paytaxtında yüksək səviyyədə keçirilməsi üçün bütün tədbirlər görülən və əlbəttə ki, ən parlaq şəkildə reallaşacaq Evrovision Beynəlxalq Mahnı Müsabiqəsinin baş tutmasına hansısa əngəllər yaratsınlar", - Hüseynov bildirib.

Xəbər lenti

Xəbər lenti