...

Azərbaycan ombudsmanı Şimali Kipr Türk Respublikasının deputatları ilə görüşüb

Siyasət Materials 26 Aprel 2012 19:40 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Şimali Kipr Türk Respublikasının parlamentariləri Afet Özcafer və Resmiye Canaltayı qəbul edib.
Azərbaycan ombudsmanı Şimali Kipr Türk Respublikasının deputatları ilə görüşüb

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Şimali Kipr Türk Respublikasının parlamentariləri Afet Özcafer və Resmiye Canaltayı qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müvəkkil qonaqlara Azərbaycanın dünya dövlətləri, o cümlədən böyük türk dünyasının bir parçası olan Şimali Kipr Türk Respublikası ilə dostluq və tərəfdaşlıq əlaqələri qurduğunu söyləyib.

Ombudsmanın insan hüquqları sahəsində fəaliyyətinin əsas istiqamətləri, görülmüş işlər barədə qonaqlara ətraflı məlumat verilib. Müvəkkil Azərbaycan qadınlarının ölkə həyatının müxtəlif sahələrində fəal iştirak etdiyini, idarəçilikdə və qərar qəbul etmədə təmsil olunduğunu diqqətə çatdırıb. Müvəkkil Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx işlədiyini, qadın hüquqlarının həyata keçirilməsi istiqamətində birgə tədbirlərin təşkil olunduğu bildirilib.

Süleymanova bu il Azərbaycan Ombudsman təsisatının 10 illiyinin tamam olacağı, bununla bağlı hazırlıq işlərinin görüldüyünü deyib.

Qonaqlar müvəkkilin insan hüquqları sahəsində səmərəli fəaliyyətini təqdir edib, faydalı fikir və məlumat mübadiləsi üçün təşəkkürlərini bildirib, Azərbaycan Ombudsman təsisatı ilə əməkdaşlıqda maraqlı olduqlarını deyiblər.

Görüşdə Milli Məclisin deputatı Məlahət İbrahimqızı da iştirak edib.

Xəbər lenti

Xəbər lenti