...

Fuad Ələsgərov: Azərbaycanın hakim korpusu qısa zamanda tam gəncləşəcək

Siyasət Materials 27 Aprel 2012 10:23 (UTC +04:00)
Azərbaycanın hakim korpusu qısa zamanda tam gəncləşəcək. Trend-in məlumatına görə, bunu gənc hüquqşünasların Beynəlxalq Bakı Forumunun açılışında Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib.
Fuad Ələsgərov: Azərbaycanın hakim korpusu qısa zamanda tam gəncləşəcək

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın hakim korpusu qısa zamanda tam gəncləşəcək. Trend-in məlumatına görə, bunu gənc hüquqşünasların Beynəlxalq Bakı Forumunun açılışında Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib.

"Hazırda ölkədə davam edən islahatlar prosesində gənclərin rolu mühüm əhəmiyyət kəsb edir", - PA rəsmisi deyib.

Ələsgərov qeyd edib ki, məhkəmə sistemində fəaliyyət göstərən hakimlərin 50 faizdən çoxu gənc hüquqşünaslardır, hakimliyə namizədlərin təxminən 80 faizi gənclərdir, prokurorluq, ədliyyə sahəsində çalışanların də 50 faizi gənclərdir. Vəkillərin sırasında gənclər 30 faizdən çox təşkil edir.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları gənclərin hesabına daha çevik olub.

Xəbər lenti

Xəbər lenti