...

Vaşinqtonda Azərbaycanla bağlı konfransının II sessiyası Xəzər hövzəsində enerji təhlükəsizliyinə həsr olunub (FOTO)

Siyasət Materials 27 Aprel 2012 10:54 (UTC +04:00)
Vaşinqtonda "Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: nailiyyətlər və perspektivlər" konfransının 2-ci sessiyası Xəzər dənizi hövzəsində enerji təhlükəsizliyinə həsr olunub.
Vaşinqtonda Azərbaycanla bağlı konfransının II sessiyası Xəzər hövzəsində enerji təhlükəsizliyinə həsr olunub (FOTO)

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Vaşinqtonda "Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: nailiyyətlər və perspektivlər" konfransının 2-ci sessiyası Xəzər dənizi hövzəsində enerji təhlükəsizliyinə həsr olunub.

Konfransda işitrak edən Azərbaycan nümayəndə heyətindən Trend-ə verilən məlumata görə, "ABŞ-Azərbaycan tərəfdaşlığının əsas aspektləri: Xəzər hövzəsində enerji təhlükəsizliyi" adlı 2-ci sessiyanı açan moderator Ceymstaun Fondunun Avrasiya Proqramının baş tədqiqatçısı Vladimir Sokor Azərbaycan xalqının ümummilli lderi Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasının ölkəyə bəxş etdiyi nailiyyətlərdən danışıb.

BP şirkətinin beynəlxalq məsələlər üzrə baş direktoru Qreq Sendlers Azərbaycanın enerji siyasətindən danışaraq qeyd edib ki, əgər bir neçə il öncə bu siyasətin əsasında neft amili dayanırdısa, bu gün söhbət artıq təbii qazın hasilatı və ixarcından gedir. O, hazırkı mürəkkəb beynəlxalq siyasi şəraitdə yeni qaz yataqlarının kəşf edilməsi, işlənilməsi, hasil olunması və ixrac edilməsi istiqamətində Azərbaycanın mühüm rol oynadığını bildirib, bu prosesləri daim öz nəzarətində saxlayan Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətini qeyd edib.

Milli təhlükəsizlik sahəsində tanınmış mütəxəssis, professor Stiven Blank Azərbaycanın mürəkkəb bir geosiyasi məkanda yerləşdiyini nəzərə çatdıraraq ölkənin təhlükəsizliyinə böyük önəm verilməli olduğunu deyib. Onun sözlərinə görə, Qafqazın təhlükəsizliyi olmadan Avropanın təhlükəsizliyindən bəhs etmək mümkünsüzdür. "Azərbaycan ABŞ-ın vacib müttəfiqidir, ABŞ-ın enerji təhlükəsizliyi məsələsində Azərbaycana ehtiyacı nə qədərdirsə, Azərbaycanın da təhlükəsizliyinin mühafizə edilməsində ABŞ-ın dəstəyinə ehtiyacı o qədərdir", - Blank deyib.

ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsirov Azərbaycanın neft-qaz sənayesinin zəngin tarixə malik olduğunu bildirib və qeyd edib ki, dünya neft sənayesinin mühüm mərhələləri ölkəmizlə bağlı olub. Daha sonra o, Azərbaycanın müasir enerji təhlükəsizliyi sistemində mühüm yer tutduğunu vurğulayıb, son dövrdə həyata keçirilən uğurlu enerji ixracı layihələrindən danışaraq Avropa Birliyi ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın perspektivlərindən söz açıb. İki ölkənin bir çox sahələrdə tərəfdaşlıq etdiyini qeyd edərək, bu birliyin əbədi olacağına inandığını deyib.

Sessiyaya yekun vurarkən moderator Sokor Azərbaycanın bugünkü nailiyyətlərinin ölkə başçısı İlham Əliyevin stabillik və qərbyönümlü siyasəti ilə sıx bağlı olduğunu vurğulayıb.

Sonda dinləyicilərin sualları cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti