Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir T.Cəfərov/
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan sabah İrana səfər edəcək. Səfər zamanı Nalbandyan iranlı həmkarı Əli Əkbər Salehi və digər rəsmilərlə görüşəcək. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.
Məlumata əsasən, Nalbandyan birgünlük səfər zamanı İran rəsmiləri ilə ikitərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələlər barədə müzakirələr aparacaq.
İran və Ermənistanın XİN rəhbərləri ikitərəfli münasibətləri müzakirə edəcəklər
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan sabah İrana səfər edəcək. Səfər zamanı Nalbandyan iranlı həmkarı Əli Əkbər Salehi və digər rəsmilərlə görüşəcək.
