...

Avropa Azərbaycanlıları Konqresinin yeni prezidenti seçilib

Siyasət Materials 29 Aprel 2012 21:26 (UTC +04:00)
Bazar günü Berlində keçirilən Avropa Azərbaycanlıları Konqresinin IV Qurultayında Konqresinin Qətnaməsi, Avropa Azərbaycanlıları Konqresi IV Qurultayının nümayəndələrinin Azərbaycan Prezidenti İlham Əliyevə Müraciəti və digər sənədlər qəbul edilmişdir.
Avropa Azərbaycanlıları Konqresinin yeni prezidenti seçilib

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir R.Daraxşan/

Bazar günü Berlində keçirilən Avropa Azərbaycanlıları Konqresinin IV Qurultayında Konqresinin Qətnaməsi, Avropa Azərbaycanlıları Konqresi IV Qurultayının nümayəndələrinin Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti və digər sənədlər qəbul edilmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bazar günü Trend-ə daxil olan məlumata görə, qurultayın qəbul etdiyi qətnamədə AAK-ın keçmiş prezidentlərinin təcrübəsindən təşkilatın fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə faydalanmaq məqsədilə "Avropa Azərbaycanlıları Konqresi Fəxri Prezidentlərinin Məşvərət Şurası"nın yaradılması qərara alınıb.

Həmçinin Avropa Azərbaycanlıları Konqresinin V Qurultayını 2014-cü ildə keçirmək qərarı qəbuk edilib.

Azərbaycan Prezidentinə müraciətdə Avropa Azərbaycanlıları Konqresi IV qurultayının iştirakçıları qurultayın təşkilinə Azərbaycan dövləti tərəfindən verilmiş dəstəyə görə İlham Əliyevə dərin təşəkkürünü bildirib.

"Sizi əmin etmək istərdik ki, AAK bundan sonra da doğma Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində öz səylərini əsirgəməyəcəkdir" deyə müraciətdə vurğulanır.

Qurultayda həmçinin də bəyanat qəbul olunub. Bəyanatda Avropa Azərbaycanlıları Konqresinin IV qurultayının iştirakçıları beynəlxalq təşkilatların rəhbərlərinə, ayrı-ayrı ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, bütün tərəqqipərvər insanlara müraciət edərək, Azərbaycan xalqının üzləşdiyi tarixi ədalətsizliyin aradan qaldırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq prinsiplərinə uyğun həll edilməsi üçün ardıcıl səylər göstərməyə çağırır.

AAK-ın İcraiyyə Komitəsi və Nəzarət-Təftiş Komissiyasının tərkibi seçildikdən sonra AAK-ın I vitse prezidentləıri və vitse prezidentləri seçilmişdir. AAK iki nəfər I vitse prezidenti olaraq Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bulal Dündar və 5 nəfər vitse prezidenti - Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, Azərbaycan Federasiyası İsveçin sədri Səttar Sevgin, Estoniya parlamentinin deputatı, "Bakı" klubunun həmsədri Eldar Əfəndiyev, ÜAK-nin Moskva şəhər Təşkilatının sədri İlqar Hacıyev seçilmişlər.

Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer İsmayılova Avropa Azərbaycanlıları Konqresinin prezidenti seçilmişdir.

Xəbər lenti

Xəbər lenti