Azərbaycan, Bakı, 2 may /Trend/
Rusiya Prezidenti Dmitri Medvedev bildirib ki, birbaşa qubernator seçkiləri haqqında qanun imzalayıb. Bu barədə Trend çərşənbə günü RİA Novosti-yə istinadən məlumat verir.
"Mən indicə qubernator seçkiləri qaydaları haqqında qanun imzaladım", - Medvedev Dumadakı fraksiyaların liderləri ilə görüşündə deyib.
"Bu qanunun qüvvəyə minməsi ilə ölkə subyektlərindəki bütün yüksəkvəzifəli şəxslər müvafiq subyektlərin ərazilərində yaşayan bütün vətəndaşların birbaşa, bərabər və gizli səsverməsi yolu ilə seçiləcək", - dövlət başçısı qeyd edib.