...

Aİ müşaviri: İran və İspaniya arasında danışıqların yekunu Tehranın "altılıq"la görüşündən asılıdır

Siyasət Materials 2 May 2012 16:21 (UTC +04:00)
İran və İspaniya arasında danışıqların yekunu Tehranın "altılıq" ölkələri ilə görüşündən asılıdır.
Aİ müşaviri: İran və İspaniya arasında danışıqların yekunu Tehranın "altılıq"la görüşündən asılıdır

Azərbaycan, Bakı, 2 may /Trend, müxbirlər T.Cəfərov, E.Tarıverdiyeva/

İran və İspaniya arasında danışıqların yekunu Tehranın "altılıq" ölkələri ilə görüşündən asılıdır. Bu barədə çərşənbə günü Trend-ə Aİ-nin iqtisadi müşaviri Mehrdad Emadi bildirib.

"Mehr" agentliyi xəbər verib ki, İran və İspaniyanın neft şirkəti bir il bundan əvvəl neft sənayesi avadanlıqlarının istehsalının maliyyələşdirilməsi üçün 1,6 milyrad avro məbləğində müqavilə imzalayıblar.

İran sanksiyalarla əlaqədar İspaniyanın bu müqavilə üzrə İrana olan borcunu İran neftinin ixracı yolu ilə ödəyəcəyinə ümid edir.

Müqavilənin özü Aİ tərəfindən dondurulub və ekspertin hesab etdiyi kimi, əgər qarşıdakı İran-"altılıq" danışıqları uğurla keçərsə, Aİ İranla İspaniya arasında sövdələşməyə razılıq verə bilər.

"Müqavilə sanksiyalardan xeyli əvvəl imzalanıb, lakin iki ay əvvəl Aİ İranla İspaniya arasında sövdələşmə haqqında sazişlə bağlı narahatlığını bildirib", - o deyib.

Emadi əlavə edib ki, Aİ-ni təkcə sanksiyaların tətbiqindən əvvəl imzalanmış müqavilə və razılaşmaların mövcudluğu deyil, Avropa ölkələrinin İrana borclu qaldıqları sövdələşmələr də narahat edir.

Beynəlxalq birlik İranın nüvə proqramı ilə əlaqədar bu ölkəyə qarşı sərt sanksiyalar tətbiq edir. Lakin İran bu proqramın dinc xarakter daşıdığını iddia edir.

Xəbər lenti

Xəbər lenti