...

BMT Təhlükəsizlik Şurası Azərbaycanın sədrliyi ilə ilk qətnaməsini qəbul edib

Siyasət Materials 3 May 2012 10:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir E.Mehdiyev/

Mayın 2-də BMT-nin Nyu-Yorkdakı baş qərargahında qurumun Təhlükəsizlik Şurası Azərbaycanın sədrliyi ilə ilk iclasını keçirib.

Trend BMT-nin informasiya mərkəzinə istinadən xəbər verir ki, iclasda Şuranın üzv dövlətləri Sudan və Cənubi Sudanı dərhal sərhədboyu hərbi əməliyyatlara son qoyaraq silahlı qüvvələrini geri qaytarmağa, iki həftə ərzində danışıqlar masası arxasına qayıdaraq aralarında olan məsələlər üzrə maksimum üç ay ərzində razılığa gəlməyə çağırıblar.

Əks təqdirdə, tərəflərə qarşı BMT-nin nizamnaməsinə uyğun "müvafiq tədbirlər", o cümlədən başqa BMT-yə üzv dövlətlərlə kommunikasiya vasitələrinin və ya iqtisadi münasibətlərin tam və ya qismən dayandırılması, eləcə də diplomatik əlaqələrə xitam verilməsi kimi addımlar atıla bilər.

ABŞ tərəfindən təklif edilən və Sudan ilə Cənubi Sudan arasında sərhədboyu vəziyyəti "beynəlxalq sülh və sabitliyə ciddi təhdid" adlandıran qətnamə layihəsi Azərbaycanın sədrliyi ilə Təhlükəsizlik Şurasının bütün 15 üzvü tərəfindən yekdilliklə qəbul edilib.

Xəbər lenti

Xəbər lenti