...

Bahar Muradova: Almaniya mətbuatında antiazərbaycan məqalələrin yayılması erməni lobbisinin yardımı ilə həyata keçirilir

Siyasət Materials 3 May 2012 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Parlamentinin vitse-spikeri hesab edir ki, Almaniya mətbuatında antiazərbaycan məqalələrin yayılması erməni lobbisinin yardımı ilə həyata keçirilir.

"Cox təəssüf ki, son illər Almaniya və digər Qərb mətbuatında Azərbaycanın uğur və inkişafını görməzliyə vuran və onu başqa məsələlərlə bağlayan yazıların şahidi oluruq. Bu da Azərbaycanı istəməyən dairələrin, xüsusilə erməni lobbisi və onların maraqlarına xidmət edən dairələrin yardımı ilə həyata keçirilir", - Trend-in məlumatına görə, cümə axşamı jurnalistlərə vitse-spiker Bahar Muradova deyib.

Muradova bildirib ki, o bunun bütövlükdə nə Almaniya siyasətinin, nə də alman xalqının mövqeyi kimi qəbul olunmasının tərəfdarı deyil.

"Bunu da bu şəkildə qələmə verənləri Azərbaycan-Almaniya dostluğuna xələl gətirən tərəflər kimi qiymətləndirirəm. Hesab edirəm ki, bu narahatçılıq və nigarançılıq tezliklə aradan qalxacaq. Çünki nə Azərbaycan, nə də Almaniya məsələnin bu şəkildə şişirdilməsində maraqlı deyil", - vitse-spiker qeyd edib.

Xəbər lenti

Xəbər lenti