...

İran və Şimali Koreyanın uzaq mənzilli ballistik raketləri yoxdur - Baş Kəşfiyyat İdarəsi

Siyasət Materials 3 May 2012 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend/

Hazırda uzaq mənzilli (5,5 min kilometrdən çox) ballistik raketlərə ancaq rəsmi şəkildə tanınan nüvə dövlətləri malikdir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Serqun bildirib.

"5,5 min kilometrdən uzaq məsafədəki obyekti vurmaq qabiliyyətinə malik qitələrarası ballistik raketlər və onların yaradılması texnologiyasına ancaq rəsmi şəkildə tanınan nüvə dövlətləri malikdir", - Serqun Moskvada mətbuat konfransında deyib.

Onun sözlərinə görə, təhlil göstərir ki, orta mənzilli ballistik raketlərə yalnız az sayda ölkələr malikdir. Bunlar İsrail, Hindistan, İran, Şimali Koreya və Pakistandır. Onların inkişaf etmiş raket proqramları var, bölgə liderliyinə iddia edirlər və rəsmi nüvə dövlətlərinin tərkibinə daxil deyillər.

Xəbər lenti

Xəbər lenti