Azərbaycan, Bakı, 7 may /Trend, müxbir E.Mehdiyev/
İctimai Palata (İP) Bakının İstiqlaliyyət küçəsində Bakı Şəhər İcra Hakimiyyəti binasının qarşısında razılaşdırılmamış etiraz aksiyasının keçirilməsinə cəhd edilib.
Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, etiraz aksiyası icazəsiz olduğundan, polis aksiyanın qarşısını alıb.
Buna baxmayaraq, aksiyaçılar Fəvvarələr meydanına doğru hərəkət edib, Gənclər meydanında qətnaməni oxuyublar.
Aksiyada saxlanan olmayıb.