...

Ərdoğan: Türkiyə 1915-ci il hadisələri ilə bağlı arxivləri açmağa hazırdır

Siyasət Materials 7 May 2012 16:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Sloveniyaya rəsmi səfəri zamanı keçirdiyi görüşdə Ankaranın 1915-ci il hadisələrinin araşdırılması üçün arxivlərini açmağa hazır olduğunu bildirib.

Bu barədə bazar ertəsi Trend Türkiyənin "TRT Haber" telekanalına istinadən məlumat verir.

"Biz 1915-ci il hadisələrinin araşdırılması üçün öz arxivlərimizi açmağa hazırıq. Hazırda arxivlərimizdə 1500-dən çox sənəd var" - Ərdoğan qeyd edib.

Baş nazir onu da bildirib ki, Türkiyədən fəqrli olaraq, Ermənistan öz tarixi ilə üzləşməkdən çəkinir.

"Türkiyənin qondarma "erməni soyqırımı"nı qəbul etmədikcə Aİ-yə üzv olmayacağı barədə söylənilən fikirlər tamamilə əsassızdır və tarix parlamentlərdə deyil, tarixçilər tərəfindən müzakirə olunmalıdır", - Ərdoğan deyib.

Xəbər lenti

Xəbər lenti