Azərbaycan, Bakı, 8 may /Trend/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçiriləcək iclasında iştirak etmək məqsədilə mayın 9-10-da Misir Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərinə işgüzar səfər edəcək.
XİN-in mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Məmmədyarovun qeyd olunan iclasda iştirakı çərçivəsində çıxış edəcəyi və ikitərəfli görüşlər keçirəcəyi planlaşdırılır.