...

Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın inkişafı müzakirə olunub

Siyasət Materials 14 May 2012 13:19 (UTC +04:00)
Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın inkişafı müzakirə olunub
Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın inkişafı müzakirə olunub

Azərbaycan, Bakı, 14 may / Trend müxbir M.Əliyev/

Milli Məclisdə bazar ertəsi "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın inkişafı sahəsində müzakirələr aparılıb.

Trend-in məlumatıəna görə, "dəyirmi masa"da Milli Məclis Aparatının nümayəndəsi Eldar Əsgərov bildirib ki, korrupsiya bir virusdur və Azərbaycana kənardan ixrac olunub.

Onun sözlərinə görə, ölkədə buna qarşı ciddi mübarizə tədbirləri aparılır və qanunvericiliyin təkmilləşdirilməsi üzərində işlər həyata keçirilir.

O qeyd edib ki, parlamentdə hazırlanan Şəhərsalma və Tikinti Məcəlləsində şəffaflıqla bağlı vacib müddəalar var.

"Konstitusiya" Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev tədbirdə bir sıra təkliflərlə çıxış edib. Onun sözlərinə görə, qanunlarla bağlı ictimai dinləmələri genişləndirmək, həmçinin qanun layihəsinin hazırlanması prosesinə vətəndaş cəmiyyətinin nümayəndələrini geniş şəkildə cəlb etmək lazımdır. O Azərbaycanın qanunsuz varlanma ilə bağlı beynəlxalq konvensiyaya qoşulmasını vacib hesab edib. Nuriyev dövlət qulluğunda çalışan məmurların imtiyazlarının artırılmasını da zəruri sayıb.

"Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin direktoru Rəna Səfərəliyeva tədbirdə bildirib ki, korrupsiyaya qarşı mübarizə aparılması üçün qanunverici bazanın formalaşdırılması istiqamətində xeyli işlər görülməsinə baxmayaraq, bu sahədə yeni addımların atılmasına ehtiyac var.

Xəbər lenti

Xəbər lenti