...

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Almazbek Atambayevlə görüşüb (FOTO)

Siyasət Materials 15 May 2012 23:55 (UTC +04:00)
Mayın 15-də Rusiyaya işgüzar səfəri çərçivəsində Moskvada, Böyük Kreml sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan dövlətinin başçısı Almazbek Atambayevin görüşü olub.
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Almazbek Atambayevlə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 15 may /Trend/

Mayın 15-də Rusiyaya işgüzar səfəri çərçivəsində Moskvada, Böyük Kreml sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan dövlətinin başçısı Almazbek Atambayevin görüşü olub.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə olunub. Qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verdiyi vurğulanıb. İkitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunun bildirildiyi görüşdə dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin möhkəm dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı vurğulanıb.

Xəbər lenti

Xəbər lenti