...

Abdulla Gül: Annan planı Suriya üçün son şansdır

Siyasət Materials 26 May 2012 12:52 (UTC +04:00)
Türkiyə Prezindenti Abdulla Gül BMT-nin və ƏDL-in xüsusi elçisi Kofi Annanın Suriya böhranının dinc nizamlanması planının Suriya rəhbərliyi üçün son şans olduğunu bildirib.
Abdulla Gül: Annan planı Suriya üçün son şansdır

Azərbaycan, Bakı, 26 may / Trend, müxbir R.Hafizoğlu /

Türkiyə Prezindenti Abdulla Gül BMT-nin və ƏDL-in xüsusi elçisi Kofi Annanın Suriya böhranının dinc nizamlanması planının Suriya rəhbərliyi üçün son şans olduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin CNN Türk telakanalı xəbər verib.

Türkiyə Prezidenti onu da qeyd edib ki, prezident Bəşşar Əsəd Suriyanı idarə etmək iqtidarında deyil.

Hazırda "Annan planı" çərçivəsində Suriyada müxalifətin silahlı qanadı olan "Azad Suriya ordusu" və hökumət qoşunları arasında atəşkəs hökm sürür. Lakin müxalifət Suriya SQ-nin üsyançılara qarşı güc tətbiq edərək tez-tez atəşkəsi pozduğunu bəyan edir.

Xəbər lenti

Xəbər lenti