Azərbaycan, Bakı, 29 may /Trend, E.Mehdiyev/
Bu gün Açıq Cəmiyyət Partiyasının (ACP) Ali Məclisinin növbədənkənar sessiyası keçirilib.
Trend-in məlumatına görə, iclas zamanı Müsavat Məclisinin sabiq sədri Sülhəddin Əkbərin partiya sədirliyinə namizədliyi irəli sürülüb.
Tədbirdə Sülhəddin Əkbər çıxış edərək sədr seçiləcəyi təqdirə ACP-nin məqsəd və məramları barədə çıxış edib.
Daha sonra səsvermə nəticəsində Sülhəddin Əkbər ACP sədri seçilib.