Azərbaycan, Bakı, 30 may /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və digər rəsmi şəxslər qarşıladılar.
Dövlətimizin başçısı fəxri qarovul dəstəsinin önündən keçdi.
Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikasının rəhbər şəxsləri ilə görüşdü.
Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.